Prezident Dağüstü Parkda - FOTOLAR

Prezident Dağüstü Parkda - FOTOLAR
  25 May 2013    Oxunub:2724
Prezident İlham Əliyev Dağüstü parkda yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Dağüstü parkda yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub.

Prezidentə bildirilib ki, parkda müasir şəlalə kompleksi yaradılıb, işıqlandırma sistemi qurulub, istirahət üçün lazımi şərait təmin edilib.

Sonra Azərbaycan Prezidenti Dağüstü parkda tikilmiş İstiqlal Muzeyi ilə tanış olub.İstiqlal Muzeyi dövlətimizin başçısının 2011-ci il 2 avqust tarixli Sərəncamı əsasında tikilib.

Prezident İlham Əliyev sonra Dağüstü parkdan Bakının mənzərəsini seyr edib.Məlumat verilib ki, Dağüstü parkda inşa olunmuş 600 yerlik kafedə müştərilərə yüksək xidmət göstəriləcək.

Binanın yuxarı mərtəbəsindən paytaxt Bakının və Xəzərin mənzərəsini müşahidə etmək mümkündür.Dövlət başçısı kafedə yaradılmış şəraitlə maraqlandı, binadan ətrafı seyr edib.

Qalereya




Teqlər:  





Xəbər lenti