Google mağazalar açacaq

Google mağazalar açacaq
  18 Fevral 2013    Oxunub:1551
Google şirkəti ilin sonunda firmanın rəsmi mağazalarını açmaq niyyətindədir.
Xəbər rəsmi təsdiqini tapmasa da “Forbes” jurnalı ilin sonuna qədər bunun reallaşacağını yazıb.
Qısa müddət əvvəl Google yalnız virtual aləmdə axtarış mexanizmi, veb səyahətçi, internetdə reklam şəklində mövcud olsa da 1 il öncə şirkət öz smartfon,planşet və notbuklarını istehsal etməyə başlayıb.
Şirkətin virtual aləmdən real aləmə ilk addım atmasına və məşhur brend olmasına baxmayaraq insanlar bu qurğularla şəxsən tanış olmadan onlara yüzlərlə dollar xərcləmək niyyətində deyillər.
Qarşıda istehsal olunması nəzərdə tutulan "google glass" virtual eynəkləri bu deyilənləri bir daha sübut edir. Belə ki, eynəklərin qiyməti 1500 dollardan başlayacaq.


Teqlər:  





Xəbər lenti