Heydər Əliyev Mərkəzinin loqosu və şüarı açıqlandı

Heydər Əliyev Mərkəzinin loqosu və şüarı açıqlandı
  18 Fevral 2013    Oxunub:9700
“Gələcəyə dəyərlərlə” Mərkəzin şüarı seçilib
Müasir Azərbaycan dünyada ümummilli lider Heydər Əliyevlə tanındı. Təsadüfi deyil ki, bu gün onun adını daşıyan mərkəz - Heydər Əliyev Mərkəzi də müasir Azərbaycanın, müasir Bakının rəmzinə çevrilib. Heydər Əliyev Mərkəzinin binası bugünkü Azərbaycanın dinamik inkişafını, keçmişdən gələcəyə bağlılığını, eləcə də ümummilli lider Heydər Əliyevin Azərbaycana həsr olunmuş ömrünü, dövləti və xalqı nurlu gələcəyə doğru aparan siyasətini simvolizə edir.
Heydər Əliyev Mərkəzinin simvolu-loqosu da məhz bu ideyadan yarandı. Mərkəzin loqosu da Azərbaycanın keçmişdən gələcəyə doğru baxışlarını, Azərbaycandakı tərəqqini simvolizə edir.
Loqonun rəngi - gümüşü rəng özündə bütün maneələri aşmağı, hədəfə doğru addımları ehtiva edir. Gümüşü rəng liderlik, mübarizə, dinamika, müdriklik, şəffaflıq, inkişaf və innovasiya rəmzidir.
Loqonun xətləri Heydər Əliyev Mərkəzinin binasının anlamı ilə həmahənglik yaradaraq Azərbaycanın regionda liderliyini, beynəlxalq aləmdəki birincilik uğrunda hədəflərini, ölkədəki dinamik inkişafı və aydın sabahı, keçmişin ənənələrini, vətənə, xalqa bağlılığı yaşatmaq kimi dəyərləri ilə gələcəyə addımlarını xarakterizə edir.
Heydər Əliyev Mərkəzinin loqosu Mərkəzin üzərinə qoyulmuş vəzifələrin rəmzi təsviri olmaqla, milli və bəşəri dəyərlərin, dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi şüarını da tərənnüm edir. Bunun şüarı isə “Gələcəyə Dəyərlərlədir”dir.


Teqlər:  





Xəbər lenti