“Eldar Namazov 501-ci təkər idi”

“Eldar Namazov 501-ci təkər idi”
  18 Fevral 2013    Oxunub:2176
Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli prezidentliyə iddialarından geri çəkilməyə, hətta kənar bir namizədi dəstəkləməyə hazır olduqlarını bildiriblər.
Nəzərə alsaq ki, yaxın vaxtlarda EL hərakatı ortaya çıxacaq və bu hərəkatın siyasi lideri prezidentliyə namizəd olacaq Eldar Namazov elan edilib. O zaman belə çıxır ki, İsa Qəmbər və Əli Kərimli Eldar Namazovun xeyrinə namizədliklərindən imtina edəcəklər. Bu, realda mümkündürmü?

AzVision.az-ın bu sualını cavablandıran Sosial Demokrat Partiyasının həmsədri, politoloq Araz Əlizadə belə bir ehtimalı mümkün hesab etməyib: “Düşünmürəm ki, Eldar Namazov elə bir şəxsiyyətdir ki, İsa Qəmbər və Əli Kərimli ilə bir yerdə bu respublikanı idarə edə bilər. Düzdür, o, savadına görə Əli Kərimlidən də, İsa Qəmbərdən də yüksəkdədir. Amma təkrar edirəm, düşünmürəm ki, Eldar Namazovun idarəçilik qabiliyyəti o dərəcəyə çatıb ki, o, ölkəni idarə edə bilsin”.

Politoloq yeni yaranacaq EL hərəkatına da münasibət bildirib. Araz Əlizadənin fikrincə, bu hərəkatın perspektivi yoxdur: “Əgər bir hərəkatın lideri Eldar Namazovdursa, onda bu hərəkatın perspektivi yoxdur. Çünki Eldar Namazov Heydər Əliyev komandasında 501-ci təkər idi. Hesab etmirəm ki, 501-ci təkər birinci təkər ola bilər”.




Teqlər:  





Xəbər lenti