“İran Azərbaycanla problemlərin həllində maraqlıdır”

 “İran Azərbaycanla problemlərin həllində maraqlıdır”
  24 May 2013    Oxunub:1124
Millət vəkili Azərbaycan-İran münasibətlərindən danışdı
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Eldar İbrahimov bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə İrana etdikləri səfər barədə danışıb. E.İbrahimov çıxışında orada keçirdikləri görüşdən və iki ölkə arasında problemlərin həllində İran rəsmilərinin nikbin ifadələrindən bəhs edib.
O qeyd edib ki, İran rəsmiləri də iki ölkə arasında problemlərin həlli və inkişafında maraqlıdırlar: “Hətta Əli Laricani ilə görüşümüzdə sizin (spiker Oqtay Əsədovun – red.) İrana səfərinizin vacibliyini də vurğuladılar. İran prezidenti isə bildirib ki, aramıza şeytanlar girmək istəyir, buna imkan vermək olmaz. Biz də burada bəzi deputat həmkarlarımıza müraciət edirik ki, İranla bağlı çıxışlarında ehtiyatlı olsunlar, sözlərinə fikir versinlər

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti