Eynulla Fətullayev: «İki yerdə “dərin dövlət”lə rastlaşmışam» - VİDEO

Eynulla Fətullayev: «İki yerdə “dərin dövlət”lə rastlaşmışam» - VİDEO
  29 Yanvar 2013    Oxunub:2778
“İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri, hüquq müdafiəçisi Eynulla Fətullayev “Amnesty İnternational” təşkilatı ilə aralarında yaranan kəskin münasibətə aydınlıq gətirib.
Hüquq müdafiəçisi deyib ki, əslində “Amnesty İnternational” təşkilatı tərəfindən tənqid olunmağına səbəb Almaniya dövlətidir. Çünki həmin təşkilatın başlıca donorlarından biri məhz Almaniyadır.
- Almaniya isə “İnsan Haqları Uğrunda” İctimai Birliyinin hazırladığı hesabata, tənqidlərimizə dözümsüz yanaşdı. Halbuki Avropa ölkəsində, demokratik dövlətdə buna rast gəlinməməli idi. Amma Almaniya hökuməti dözümsüzlük nümayiş etdirərək, bizim hazırladığımız hesabat və onun təqdimatının baş tutmaması üçün bütün vasitələrə əl atdı. Hər cür təzyiqlər oldu,- deyə Eynulla Fətullayev bildirib.
Hüquq müdafiəçisi Eynulla Fətullayev AzVision.az-a “Amnesty İnternational” təşkilatının demokratik dəyərlərlə deyil, öz maraqları çərçivəsində fəaliyyət göstərdiyini, xüsusilə də Almaniya hökumətinin diqtəsini həyata keçirdiyini bildirib. O, bu kimi təşkilatların hesabatlarının səmimiyyətini şübhə altına alıb.




Teqlər:





Xəbər lenti