“Borussia” finala ciddi itkiylə çıxacaq

“Borussia” finala ciddi itkiylə çıxacaq
  23 May 2013    Oxunub:1493
“Finalda oynamaq üçün çox çalışsamda, sağalmağım mümkün olmadı”.
AzVision.az “Borussia Dortmund”un rəsmi saytından yerləşdirilən məlumata istinadən xəbər verir ki, ulduz futbolçu Mario Qötze əzələsindən aldığı zədə üzündən mayın 25-də “Bavariya” ilə Çempionlar Liqasının final oyununa çıxa bilməyəcək. M.Qötze “Real-Madrid”lə ÇL-nın təkrar yarımfinal qarşılaşmasında aldığı zədə sağalmadığından futbolçu final qarşılaşmasında uzaqda qalacaq. Futbolçu klubun saytına açıqlamasında bildirib ki, bu oyunu buraxdığı üçün çox təəssüflənir.

“Finalda oynamaq üçün çox çalışsamda, sağalmağım mümkün olmadı. Komandama kömək edə bilməyəcəyəm üçün çox üzülürəm. Buna baxmayaraq Londona gedib yoldaşlarıma dəstək olacağam”-deyə M.Qötze vurğulayıb.

Xatırladaq ki, M.Qötze növbəti mövsümdən “Bavariya”nın şərəfini qoruyacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti