Təhsil naziri: “Türkiyənin təcrübəsini öyrənəcəyik”

Təhsil naziri: “Türkiyənin təcrübəsini öyrənəcəyik”
  22 May 2013    Oxunub:1797
“Azərbaycanda məktəbəqədər tədris prosesi, orta məktəb, peşə təhsili sahəsində Türkiyənin təcrübəsini öyrənəcəyik”
“Ali təhsil sahəsində olan məsələlərin həlli, gələcək inkişaf prespektivlərini, Azərbaycanla-Türkiyə arasında təhsil sahəsindəki münasibətlər, bundan sonra görüləcək işlərlə bağlı planları türkiyəli həmkarımla müzakirə etdim”. AzVision.az xəbər verir ki, bu sözləri təhsil naziri Mikayıl Cabbarov Türkiyənin milli təhsil naziri Nabi Avçi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. Nazir qeyd edib ki, bu cür fikir mübadiləsi tələblərə və ali təhsil müəssisələrinə öz müsbət təsirini göstərəcək”.

M. Cabbarov onu da vurğulayıb ki, gələcək planlar barədə müəyyən razılıq əldə olunub.

“Azərbaycanda məktəbəqədər tədris prosesi, orta məktəb, peşə təhsili sahəsində Türkiyənin təcrübəsini öyrənəcəyik”-deyə, M. Cabbarov əlavə edib.



Teqlər:  





Xəbər lenti