Şəkidə qala konsert

Şəkidə qala konsert
  22 May 2013    Oxunub:1620
“Tələbə baharı” festivalının qala konserti Şəkidə keçiriləcək
Gənclər və İdman Nazirliyi tərəfindən hər il tələbələr arasında müxtəlif səpgili olimpiadalar, yarışlar, müsabiqələr keçirilir. Belə müsabiqələrdən biri də 2006-cı ildən etibarən hər il keçirilən ali təhsil müəssisələrinin tələbələri arasında “Tələbə baharı” Festivalıdır.

Məlumat üçün bildirmək istərdik ki, 2009-cu ildə Eurovision mahnı Festivalında Azərbaycanı təmsil edən və 3-cü yerin qalibi olan Aysel Teymurzadə bir dəfə və 2011-ci ildə “Eurovision” mahnı Festivalında Azərbaycana möhtəşəm qələbəni - birinciliyi bəxş edən Eldar Qasımov "Tələbə baharı" Festivalının üç dəfə iştirakçısı və qalibi olublar.
Festivalın keçirilməsində məqsəd, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.
Bu il 2-3 aprel tarixlərində Azərbaycan Dövlət Rus Dram Teatrında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə Festivalın seçim mərhələləri keçirilib. Seçim turlarında 20-dən çox ali təhsil müəssisəsindən 200-dən çox tələbə müxtəlif nominasiylar üzrə öz istedadlarını nümayiş etdiriblər. 28 may tarixində isə Azərbaycanın dilbər guşələrindən olan Şəki şəhərində Festivalın Qala konserti keçiriləcək.

Qeyd : Festivalın nominasiyaları aşağıdakılardır.

Musiqi üzrə

-pop musiqisi

-xalq mahnıları

-caz musiqisi

-klassik musiqi (vokal)

-estrada musiqisi

Rəqs üzrə -milli rəqslər (kollektiv)

-müasir rəqslər (kollektiv)

-bal rəqsləri


Teqlər:





Xəbər lenti