Nazirlər razılaşıb

Nazirlər razılaşıb
  22 May 2013    Oxunub:1819
Nazirlər-M.Cabbarov və N.Avcı təhsil sahəsində əlaqələrin institusiyonal strukturunu daha da gücləndirmək məqsədilə “Təhsil Sahəsində Əməkdaşlıq Haqqında Saziş” üzrə danışıqlar prosesini sürətləndirilməsi istiqamətində razılığa gəliblər.
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Türkiyənin milli təhsil naziri Nəbi Avçı mayın 22-də Bakıda bir araya gələrək təhsil sahəsində iki ölkə arasında əməkdaşlıq məsələsini müzakirə ediblər. İki nazirin görüşü barədə bəyanat yayılıb. Bəyanatda qeyd olunur ki, ilk dəfə olaraq bir araya gəldikləri bu görüşdə nazirlər iki ölkə arasında bütün sahələrdə mövcud olan mükəmməl səviyyədəki əlaqələrin xarakterinə uyğun olaraq təhsil sahəsində bu günə qədər hərtərəfli şəkildə həyata keçirilən əməkdaşlığın irəlidə daha da inkişaf etdirilməsinin əhəmiyyəti ilə bağlı razılığa gəliblər. Bu çərçivədə nazirlər müştərək iradələrini irəli sürərək təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinə davam edilməsini və konkret layihələrin həyata keçirilməsini səmərəli olacağına olan inamlarını vurğulayıblar.

Nazirlər-M.Cabbarov və N.Avcı təhsil sahəsində əlaqələrin institusiyonal strukturunu daha da gücləndirmək məqsədilə “Təhsil Sahəsində Əməkdaşlıq Haqqında Saziş” üzrə danışıqlar prosesini sürətləndirilməsi istiqamətində razılığa gəliblər.

Anar



Teqlər:  





Xəbər lenti