Əlillə tikilən torba: Bir videonun gerçək tərəfi - FOTOFAKT

Əlillə tikilən torba: Bir videonun gerçək tərəfi - FOTOFAKT
  19 Mart 2015    Oxunub:91066
Facebook-dakı müxalifyönlü `Sancaq` səhifəsində yayımlanan bir video sosial şəbəkədə və saytlarda müəyyən rezonans doğurdu. Söhbət avtobusdan düşüb, əlili mindirməkdən imtina edən sürücüdən gedir. Hətta həmin sürücünün artıq işdən çıxarıldığı da bildirilir.

Amma bizcə, nahaq yerə!
Düzdür, bir tərəfdən baxanda sürücü əlilə və ümumiyyətlə, insan haqlarına qarşı hörmətsizlik edib. Buna görə hansısa bir cəza almalı idi. Fəqət digər tərəfdən baxanda, bu əlil səhnəsi böyük ehtimalla, quramadır – yəni əvvəlcədən planlaşdırılıb və sürücü sadəcə olaraq, oyunun qurbanı olub. Buna əmin olmaq çox asandır. Budur, həmin video:



Və budur, bu da həmin videodakı əlil – Orxan Adıgözəl. Videonun müəllifi, yankilərin gənc və perspektivli boşqabyalayanı Mehman Hüseynovla birlikdə Milli Şuranın 15 mart mitinqindədir. Şəkilə yazılan şərhdə qeyd olunduğu kimi, radikalların bütün mitinqlərində iştirak edir.



Bu şəkil ən azı o deməkdir ki, Mehman hansısa bir sıradan əlili yox, onunla yaxın münasibətə malik radikal müxalifətçi əlili `müdafiə edib`. Əgər bu, `müdafiə etmək`dirsə...

Böyük ehtimalla, bu videodakı səhnə əvvəlcədən planlaşdırılıb. Məqsəd isə aydındır: Qərbin qrantverənləri `Bakı-2015` Olimpiadası ərəfəsində Bakını və Azərbaycanı ləkələyən istənilən kompromatı qızıl qiymətində görürlər. Bu cür materiallar dərhal Avropa mediasında tirajlanır.
Fikir verin: o məsələlər qabardılır ki, Qərb insanları onlara xüsusi həssaslıqla yanaşırlar: heyvan hüquqları, əlil hüquqları... Nə oldu, sahibsiz itlərin məhv edilməsi prosesi neçə illərdir gedir, amma niyə məhz indi qabardılır? Bakıda indiyə qədər də əlillərin ictimai nəqliyyata minmək problemi həmişə olub, niyə məhz indi Qərbin qrantyeyənləri küçədə səslərini başlarına atıb, həyasızlıq edirlər?

Maraqlıdır: həmin o Orxan Adıgözəl doğrudan da ictimai nəqliyyatdan istifadə edə bilmirsə, bəs bütün mitinqlərə necə gəlir? Taksi ilə?!

Məqsəd birdir: Avropa insanı üçün həssas mövzularda Bakıya qara yaxmaq! AzVision.az olaraq mediadakı həmkarlarımıza müraciət edirik: belə məsələlərdə diqqətli və həssas olaq, ölkəmizə qarşı informasiya savaşında bilməyərəkdən də olsa, düşmən cəbhədə durmayaq. Əlillərin bütün hüquqlarının təmin olunmasını biz də istəyir və tələb edirik. Amma bu, bizim ölkəmizin imicinə ləkə yaxacaq şəkildə olmamalıdır!

AzVision.az



Teqlər:  





Xəbər lenti