Nuşirəvan Məhərrəmli: “Prezidentə məktub hazırlayırıq”

  21 May 2013    Oxunub : 378
Nuşirəvan Məhərrəmli: “Prezidentə məktub hazırlayırıq”
“Uşaqlarla bağlı vəziyyət çox acınacaqlıdır”
AzVision.az xəbər verir ki, bu sözləri bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli fəaliyyət göstərən prodakşnlarla görüş zamanı deyib. O, bildirib ki, bu gün uşaqlar üçün çəkilən cizgi filmlərinin vəziyyəti çox acınacaqlıdır. Biz bunu nəzərə alaraq, cənab Prezidentə məktub hazırlayırıq. Burada animasiya mütəxəssislərinin yetişdirilməsi və cizgi filminin çəkilməsi nəzərdə tutulur. Bu sahədə də xeyli problemlər var”.

MTRŞ sədri qeyd edib ki, indi əvvəlki illərə nisbətdə bir serialın çəkilişi üçün iki qat artıq pul verilir: “Məsələn əvvəl 5 min manata bir serial çəkilirdisə, indi 10 manata çəkilir. Amma istədiyimiz keyfiyyət yoxdur. Bizə serialların yaxşı keyfiyyəti lazımdır”-deyə, N.Məhərrəmli əlavə edib.

Anar

Teqlər: