Övladlarını izləmək üçün “Facebook” açırlar
"Education Database Online" tərəfindən yayımlanan məlumatlara görə, “Facebook”dan istifadə edən valideynlərin 50%-i sosial şəbəkədən məhz övladlarını izləmək məqsədilə istifadə etdiyini etiraf edib..
Facebook istifadə edən valideynlərin hər gün artdığını bildirən infoqramda valideynlərin 42%-nin hər gün uşaqlarının profilinə baxdıqları, 31%-nin isə həftədə 4-5 dəfə ilə kifayətləndikləri məlum olub.
Övladlarını izləməklə kifayətlənməyən və övladlarının yazdığı hər statusa, fotoya şərh yazan valideynlər isə qıcıq yaradır. Bunun nəticəsidir ki, uşaqların 30%-i valideynlərini dostluqdan çıxartmaq istədiklərini deyir.