Nəriman Nərimanovun Xatirə Muzeyini açılacaq

Nəriman Nərimanovun Xatirə Muzeyini açılacaq
  17 May 2013    Oxunub:1736
Beynəlxalq Muzeylər Günündə görkəmli yazıçı və ictimai xadim Nəriman Nərimanovun əsaslı təmir və bədii tərtibat işləri həyata keçirilmiş Xatirə Muzeyinin yeni ekspozisiyasının açılışı olacaq.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, tarix elmləri doktoru, AMEA-nın həqiqi üzvü, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, nərimanovşünas alimlərdən tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, fəlsəfə elmləri doktoru Arzu Hacıyeva, tarix üzrə fəlsəfə doktoru Rəna Bayramova, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov, siyasi elmlər üzrə fəlsəfə doktoru Qurban Məmmədov, Bakıda fəaliyyət göstərən müxtəlif arxiv və muzeylərin əməkdaşları, yazıçı-tədqiqatçılar, KİV nümayəndələri iştirak edəcəklər.

Ekspozisiyada N.Nərimanovun həyat və fəaliyyətinin bütün dövrləri əhatə olunub, ictimai-siyasi və dövlətçilik fəaliyyətinin işıqlandırılmasına xüsusi diqqət yetirilib.

Ekspozisiyada bu vaxtadək heç zaman nümayiş etdirilməyərək məxfi saxlanan ən yeni materiallardan - sənədlər, fotoşəkillər, qəzet materialları və sairlərdən istifadə olunub, əsl materiallara (sənədlər, fotolar, şəxsi əşyalara) üstünlük verilib.


Teqlər:  





Xəbər lenti