Berti Foqts: "Neftçi"yə uğurlar arzulayıram"

Berti Foqts: "Neftçi"yə uğurlar arzulayıram"
  15 May 2013    Oxunub:1706
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts UEFA Çempionlar Liqasında "Neftçi"yə uğurlar arzulayır
Topaz Premyer Liqasının XXXI turu çərçivəsində keçirilmiş "Qəbələ" - "Neftçi" oyununda 1:1 hesabı qeydə alınıb və bu nəticədən sonra çempionatın sonuna 1 tur qalmış "Neftçi" komandası ardıcıl üçüncü dəfə çempion olub. AzVision.az xəbər verir ki, bununla bağlı Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts affa.az saytına fikirlərini bildirib: "Artıq əksər çempionatlar finiş xəttinə yaxınlaşmaqdadır və bir sıra ölkələrdə çempion komandalar müəyyənləşib. Dünən "Qəbələ" ilə səfər oyununda vacib 1 xalı əldə edən "Neftçi" növbəti dəfə Azərbaycan çempionu adını qazandı. Sona bir tur qalmış çempionluğunu rəsmiləşdirən "Neftçi" ardıcıl üçüncü dəfə bu nailiyyətə imza atmaqla son illərdə sabit çıxış etdiyini, qazanılan nəticələrin təsadüfi olmadığını bir daha sübuta yetirdi. Klubun rəhbərliyini, məşqçi heyətini, futbolçularını və azarkeşlərini növbəti çempionluq münasibətilə təbrik edir, UEFA Çempionlar Liqasında uğurlar arzulayıram".

AzVision.az



Teqlər:





Xəbər lenti