Sökülüb yenisi tikiləcək

Sökülüb yenisi tikiləcək
  18 Fevral 2013    Oxunub:1818
Heydər Əliyev prospektinin yenidən qurulacağı barədə layihə hazırlanıb.
Nərimanov rayon icra hakimiyyətinin (RİH) şöbə müdiri Zülfüqar Qasımov bildirib ki, layihəyə uyğun olaraq prospektdə köhnə, istismar müddəti keçmiş tikililər sökülərək, əvəzində müasir, milli memarlıq üslubunda 7 mərtəbəli binaların tikintisi nəzərdə tutulub.

Hazırda bu layihənin başlanğıcı olaraq Heydər Əliyev prospekti, 64 ünvanda ilk bina inşa olunur. Binanın artıq özülü qazılıb.

AzərTac-ın verdiyi xəbərə görə, RİH nümayəndəsi rayonda digər layihələrin də həyata keçirildiyini, o cümlədən “Dədə Qorqud” parkının yenidən qurulduğunu da söyləyib. Artıq bu layihənin də icrasına başlanılıb. Qeyd edilmişdir ki, təxminən 10 hektara malik ərazidə yeni və gözəl park salınacaq. Bu məqsədlə metronun “Gənclik” stansiyasının ətrafında Səxavət Quliyev küçəsi, 7 ünvanında 49 ailənin başqa yerə köçürülməsi ilə bağlı tədbirlər görülüb. Həmçinin, onların mənzil –məişət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.


Teqlər:





Xəbər lenti