“Dağlıların Lenini”: Avtoritet Muğbil – ARAŞDIRMA, FOTOLAR

“Dağlıların Lenini”: Avtoritet Muğbil – ARAŞDIRMA, FOTOLAR
  23 Yanvar 2015    Oxunub:31674
Bəhram Çələbi
Xüsusi olaraq AzVision.az üçün

Muğbil 1926-cı ildə Dağlı məhəlləsində anadan olub. Məhəllə camaatı ona "Dağlıların Lenini" deyiblər. Bayramlarda, toyda, hüzn mərasimlərində hamı onu axtarardı. Bir ayağını müharibədə itirmişdi, ancaq məhəllədə kimin yası olardı hamıdan əvvəl oraya Muğbil gələrdi.

Maarif cəfakeşi, elminə, biliyinə hörmət qoyulan, bir sözü iki olmayan, məsələ-hət üçün daim qapısı açıq qalan halallıq, əmin-amanlıq timsalı idi Muğbil. Dili xeyirli, dualı insan idi (“Doktor Ağoppa”nın xatirələrindən).

“TT” Nərimanın söhbətindən:

- Heç kəs ona dosye yaza bilməz. Çünki bu adam necə doğulubsa, dağlıların qəlbində eləcə də qalıb, ölməyib. Onun haqqında danışılanda "Muğbil belə de-yərdi" yox, "Muğbil belə deyir" söyləyirlər. O, xeyirxah bir insan kimi doğru-luq, düzlük tərəfdarı olub, haqsevər, haqpərəst, saf tale yaşayıb. Boya-başa çatdığı mühitdə çox şey görmüşdü, öyrənmişdi və öyrətmişdi. Yeniyetməliyin-dən dövrün əzab-əziyyətli illərini arayıb-axtaranda çoxları onun keçirdiyi həya-ta qibtə gözü ilə baxar.

Qaynayıb-daşan Mikayıl Müşfiqi yaxından görmüşdü və bu haqda fəxrlə danı-şardı. Mircəfərin zindanlarında başına min bir oyun açılan, haqq səsini ucaltdı-ğından cavan yaşlarında sürgünlərdə canı çıxan şair Əlirza ilə yoldaşlıq etmiş-di.

İşi dara düşənlər Muğbilin qapısına yüyürərdilər və o, heç vaxt asudəlik, dinclik, rahatlıq naminə yaxasını qırağa çəkməzdi. Təbiətən mərd, əyilməz adam olduğundan istədiyi qapını açar, hər cür vəzifə, stol sahibləri ilə danışar, meşin qapılar arxasında qalan binəvalara havadarlıq edərdi. Çoxlarını heç tanı-mırdı.

Dostu Marhəb kişi:

- Muğbil zarafat, satira, yumor dolabı idi. Bığaltı gülməyi vardı və bu təbəssüm üzünə yayılanda ətrafdakılar dinməzdilər. Bilərdilər ki, Muğbil indi nə isə bir məzəli əhvalat danışacaq.

Uşaqla uşaq, böyüklə böyük idi Muğbil. Çalışardı ki, varlılardan mümkün qə-dər çox qoparsın və aldığını yoxsullara paylasın.Yox, bu təkcə pul məsələsinə aid deyildi. Elm sahəsində, mədəniyyət, ədəbiyyat sahəsində də Muğbil üçün varlılar, kasıblar vardı.

Dağıstanın, ümumiyyətlə, ittifaqın şairi sayılan Rəsul Həmzətovla onu bərk dostluq əlaqələri bağlayırdı. Hər il onu Bakıya bircə həftəliyə qonaq çağırardı və curu “Doktor Ağoppa” ilə kef məclisləri, şeir gecələri təşkil edərdi. Sonra da-nışardı ondan öyrəndiklərini məhəllə cavanlarına.

Gözləri ayağının altını görməyən, "mənəm-mənəm" deyən, yekə-yekə danışan-ları sevməsə də, onlara ayağını yorğana görə uzatmağın təhərini öyrədərdi. Heç kəsə nifrətlə baxdığını görən olmamışdı. Boyundan uca görünmək istəyəni ba-məzəliklə, şirin zarafatla, "mədəni surətdə" başa salardı ki, öz yerində oturma-mısan.

Nizamini, Füzulini və ümumiyyətlə, klassik irsimizi dərindən bilir və yeri gəl-dikcə onların dili ilə cavan nəslə öyüd-nəsihət verərdi.

Aşağı təbəqələrdə səfalət və ehtiyacın, yuxarı eşalondakıların mürvət və səxa-vətindən çox olduğunu bildiyindən Muğbil nə isə qazanmamışdan əvvəl payla-yardı. Yaxşıca qazanırdı, amma heç vaxt cibində pulu qalmırdı. Yoxsul əhali də öz kumirinə məhəbbətini izhar etmək üçün bir çox adların içərisindən onlara daha böyük və mənalı görünən ayamanı - "Lenin"i seçmişdilər. "Dağlıların Lenini!"



Bu qədər sadalamalardan sonra mən Dağlı Muğbilin portretini yarada bildim-mi? Söhbət zamanı çox mülayim və gülümsər olurdu. Dəlil, sbut üçün də uzaq-lara getməzdi. Fındığanlı əhalisinə Əmizdərli caaatını nümunə göstərər, yoxsul-lara bir bədbəxtlik üz verəndə deyərdi: "Əmizdərlilərə baxın, gözünüzə su verin, onlar yetimlərə, evin kişisi türmədə olanlara görün necə əl tutur, kömək edirlər. Yaxud da 15-20 evdən ibarət kənddə görün necə düzəldiblər işlərini. Müəllim tutublar. İndiki zəmanədə nadan qalmaq eyib deyilmi?"

Hər bir evin qapısı onun üzünə açıq idi. Gündüz olsun, yaxud gecə, xəstənin, can verməkdə olan bir adamın yanına çağırırdılar. O, başa düşürdü ki, əlacsız-lıqdan ona müraciət edirlər. Saatlarla dinməz oturmağı, təskinlik verməyi, kə-dəri unutdurmağı bacarırdı. O, haraya qədəm qoysa, orada bayram olardı. Özü ilə sanki işıq, istilik gətirərdi. Özündən qat-qat yaşlı kişilər onu qarşılamağa çı-xardılar. Muğbilin ən çox təkrarladığı söz Lenin kimi "oxuyun" sözü olardı. Rastlaşdığı uşağa ilk sualı "harada oxuyursan?" olardı. Cavanların məclisində:
- İnsanı heyvandan ayıran amil dörd şeydir, - deyirdi. - Savad və hər şeyi ətraf-lı düşünə bilmək, səbr və nəzakət göstərmək, vədini yerinə yetirmək, xoşxasiy-yətli olmaq. Əgər bu xüsusiyyətləri özünə aşılaya bilsən, onda mən də insanam deyib haray salmaq olar...”

UŞAQLIĞI

Muğbil bayramların təşkilatçısı, məclislərin başı idi. Hələ uşaqlıqdan ən çox ya-dında qalanı Novruz və Qurban bayramları olduğundan onları böyük həsrətlə gözlərdi. Qurban bayramına bir ay qalmış Dağlı məhələsi, Yasamal hay-haray-la dolardı. Şamaxıdan, Xızıdan, hətta Qarabağdan buraya sürü gətirərdilər. Dostları ilə Yasamaldakı sallaqxanaya gedərdilər. Varlılar iki-üç qoyun kəsdi-rər, içalatını, ürək-ciyərini, kəllə-dədiyini boynunu büküb bir kənarda dayanmış uşaqlara verərdilər.

Bayram axşamı sallaqxananın sahəsi toy məclisinə dönərdi. Hər tərəfdə çatılan kiçik tonqallardan kabab iyi basmış tüstü qalxardı. Düz üç gün gecə-gündüz qurban ətindən sulu soyutma, ciyər kababı və nəhayət xaş yeyərdilər.

Alnına, böyrünə, belinə, quyruğunun üstünə həna yaxılmış qoyunlardan iri qa-laqlarla sümük topaları qalardı.

Boyu metr yarım olardı Müğbilin. Deyilənə görə, on iki yaşına qədər siniflərin-də oxuyanlarla eyni ahənglə böyüyürdü. Bədən tərbiyyəsi dərsindən də, digər fənlər kimi, ancaq əla qiymət alardı. Pişik kimi cəld idi.

Bir axşam Ağakərimgilin məhəlləsində düzənlənən xoruz döyüşünə baxmaqdan qayıdırdı. Qəfildən iri damlalı yağış başladı. Səmtsiz küləklə yağan yağış bir anın içində bütün bədənini islatmışdı. Qaçmağın heç bir xeyri olmadığını yəqin edərək, fit çala-çala küçənin ortası ilə irəliləyirdi.

Birdən taxta çaxçaxla hasara alınmış yarımçıq tikintidə qırmızı qığılcım nəzəri-ni cəlb etdi. O, qövs cızaraq uçub yerə qondu, lap çaxçaxlara yaxın idi... İşılda-quşuna bənzəyirdi. Taxtalar arasından əlini uzadaraq işıldaquşunu tutmaq istə-di. Və sanki böyük, qüvvətli bir əl onu qaldırıb bir neçə metr kənara tulladı. Ətrafa boylandı. Heç kəs yox idi, işıldaquş isə suyun içinə düşdüyündən qığıl-cımlar saçaraq daha da böyük qövslə parlayırdı. Bu küləkdən qırılıb yerə düş-müş elektrik naqilinin ucu idi. Həmin gündən onun boyu inkişafdan dayandı...

Böyük Vətən müharibəsi başlayanda məhəllə cayılları biri-birinin ardınca ya hərbi komissarlıqdan cəbhəyə, ya da ailəni dolandırmaq üçün oğurluq etdiklərindən məhkəmədən birbaşa qazamatlara yollanırdılar. Ətrafında ancaq azyaşlılar qalmışdı. Ağakərim həbs olunandan sonra isə məhəllə elə bil yetim-ləşmişdi.

1942-ci il Novruz bayramı ötüşdü... Məhəllədə nə tonqal qalandı, nə "kosa-ko-sa" deyib qışqıran oldu...

Muğbil hər gün hərbi komissarlığa gedir, buradan dəstə-dəstə cəbhəyə yollanan cavanlı-qocalı əsgərlərə qibtə dolu nəzərlərlə baxırdı.

Bu elə vaxtlar idi ki, Zoya Kosmedemyanskaya, Pavlik Morozov haqqında hər gün hərbi komissarlığın həyətində vurulmuş yarım metrlik diametrli qara radio dalbadal xəbərlər verirdi. Bütün ölkə bu uşaqlardan, onların qəhrəmanlığından danışırdı.

Muğbili hərbi komissarlığın bütün işçiləri tanıyırdı. Günü-güzəranı burada keçirdi. Səhər hamıdan tez gələrdi... Çəmbərəkəndin daş döşənmiş küçələrini yüyürə-yüyürə düşürdü və bir dəfə sürüşüb üzü üstə fərşə dəymişdi. Birinci də-fə yod iyisini orada, sançastda hiss etmişdi. Cəmisi bir neçə dəqiqəlik uzatmış-dılar onu yaralı əsgərlərin yanında. Və bu vaxt əsgərləri yoluxmağa gəlmiş hər-bi komissara yaxınlaşıb:
- Mən də cəbhəyə getmək istəyirəm, - deyib, əlini gicgahına doğru qaldırmışdı.
- Bez qolovnoqo ubora çest ne dayotsə, toje mne Pavlik Morozov naşolsya, - deyən polkovnik ehmalca onu yolundan kənara itələmişdi.

Ancaq bu hadisə sakitcə ötüşmədi. Qəzetlərin birində onun təzim edərkən şəkli və kiçik bir məqalə çıxmışdı.



Məqalə çıxanın ertəsi günü məktəbin akt zalında böyük toplanış keçirildi. Stalin rayonunun birinci katibi, komsomol komitəsi fəalları biri-birinin ardınca çıxış edir, vətənin məhz belə patriotlar sayəsində düşmən caynağından xilas olacağından danışırdılar.

“Bəli, quduz faşist məhz Muğbil kimi vətənsevərlərin əli ilə məhv olmalıdır!” – deyirdilər. Sonrakı iki həftə Stalin rayon komsomol komitəsi Mərkəzi Komitə-nin tapşırığı ilə Muğbili də götürüb bütün məktəbləri bir-bir gəzir, bu on beş yaşlı məktəblinin azğın hitlerçilərə qarşı vuruşmaq əzmindən, istəyindən söhbət açırdılar.

İki həftə ərzində Dağlı balasının adı dillər əzbəri olmuşdu. Hətta ağzınadək fəra-rilər, oğrular, banditlərlə dolu həbs düşərgəlrində də Muğbilin adı çəkilir, nü-munə göstərilirdi...

Üçüncü həftə yenə təbliğat qrupu onların qapısını kəsdirdikdə komsomolçular öyrəndilər ki, Muğbil dünən axşam gizlincə yola düşən eşolonla cəbhəyə yolla-nıb.
Başqa vaxt olsaydı, bu hərəkət qanun pozuntusu kimi qələmə verilərdi, lakin iki həftə sərasər təriflər toplumundan sonra, onun pisinə bir kəlmə də səslənmə-di. Əksinə - "Stalin göstərən kursla axıradək getmək, lazım gələrsə, mərdi-mərdanə ölmək şərəf işidir!", "Əsl mənada saf, ədalətli, əqidəcə, iraədəcə möh-kəm adamlar ölümün gözünə dik baxa bilər!" - bu sözlər böyük, qırmızı plakat-lara yazılaraq hərbi komissarlığın və Muğbilin məktəbinin foyesində göz oxşa-yırdı.

Muğbil isə həmin vaxt qatarda, vaqonların üstündə Rostova tərəf irəliləyirdi.
Hər dəfə qatar dayananda evlərinə, dost-tanışlarına, hətta ədəbiyyat fənni mü-əlliməsinə məktub yazır, üçkünc qatlayaraq qatarın ətrafında "poçta" deyərək qaçışan qızlara verirdi.

Dizlərindən də aşağıya sallanan hisli-paslı vatnikin yaxalığını qaldıraraq içində nə qədər yığılsa da, canı isinmirdi. Aprel ayının sonları olsa da, Kuban düzən-liklərində gecələr soyuq qılınc kimi kəsirdi. Sonrakı dayanacaqda o sürüşərək pəncərədən vaqonun içinə soxuldu.

Bir neçə cüt əl Muğbili pəncərədəcə qamarlayıb, yerə qoydu. Muğbilin titrədiyi-ni görən əsgərlərdən biri flyaqasından alüminium krujkaya azacıq araq süzüb ona uzatdı:
- Al, gillət, "Malış". Bu dəqiqə əsmən keçəcək, - dedi və əli havadan asıla qaldı. Uzaqdan bir neçə təyyarənin uğultusu eşidildi. Qatarın içindəkilər bir-birini itə-ləyərək qapıya doğru cumdular. Çoxları indicə Muğbilin içəri girdiyi pəncərə-dən özünü bayıra atmağa çalışdığından bir-birini dartışdırır, bir nəfər keçməli yerə üçü başını soxaraq ilişib qalırdı. Qatar bir neçə dəfə yırğalanıb dayandı. Hamı meşəyə doğru qaçmağa başladı... Qatardan meşəyədək olan sahə meyit-lərlə dolu idi. Ən çoxu isə qatarın yanında gülləyə tuş gəlmişdi. Ətrafdan qal-xan inilti, qışqırıq, söyüş səslərindən qulaq tutulurdu. Bir azdan təyyarələr geri qayıtdılar və bu dəfə qatarı bombalamağa başladılar...

Muğbil gözlərini açanda sinəsi üstündə çəpinə uzanmış əsgərin xırıltısını eşidib harada olduğunu kəsdirə bilmədi. Az sonra xırıltı kəsiləndə əsgəri kənara itələ-yib yerindən qalxmaq istədisə də, ağrıdan bayılmaq dərəcəsinə gəldi. Ağrı o qə-dər dəhşətli idi ki, elə bil beynini cırmaqlayıb çıxarırdılar... Ayağı topuqdan aşağı qanlı torpaqla örtülmüşdü...

(Ardı var)


Teqlər:  





Xəbər lenti