ABŞ Sərkisyandan nə gözləyir?

ABŞ Sərkisyandan nə gözləyir?
  14 May 2013    Oxunub:1813
Məlum olduğu kimi ABŞ dövlət başçısı Con Kerri Serj Sərkisyanı növbəti müddətə prezident seçilməsi münasibətilə təbrik edib. Serjin ətrafında olanlar dərhal bu təbrik xəbərini hər kəsə yaydılar.

Daha sonra məlum oldu ki, ABŞ dövlət başçısı Serj Sərkisyana göndərdiyi məktubla onu təbrikdən çox ABŞ-ın istəklərindən bəhs edib.

“Status-kvonun saxlanılması bizi qane edə bilməz, biz bu zaman kəsiyini həqiqi sülh prosesinin təmin olunması üçün istifadə etməliyik”-deyə Kerri Ermənistana mesaj göndərib.

Başqa sözlə desək Kerri Ermənistana Qarabağ məsələsində güzəştə getməyi təklif edib.

Qeyd edək ki, Türkiyə ilə ABŞ arası münasibətlərdə erməni-türk protokollarının ratifikasiyası məsələsi ortaya çıxır. Bunun əvəzində rəsmi Ankara Qarabağ probleminin təcili həll edilməsini tələb edir ki, Ermənistanla Türkiyə arasında sərhədlərin açılması nəticəsində Azərbaycan da qazansın. Bu isə təbii ki, Ermənistana sərf eləmir.

Birləşmiş Ştatlar isə həm Türkiyənin , həm də öz maraqlarını nəzərə alaraq Ermənistandan status-kvoya dəyişiklik etməsini və işğal edilmiş Azərbaycan torpaqlarını geri qaytarmasını gözləyir. Bir təbrik məktubunun əvəzində ABŞ-ın belə bir tələbi erməniləri məyus edib. Əslində ABŞ Ermənistanın tələblərinin yerinə yetirəcəyi təqdirdə gələcəkdə bu ölkəni dəstəkləyəcəyini də istisna etmir.

Ermənistan prezidenti sülhün tərəfində olduğunu deməklə hələlik gözdən pərdə asmağa davam edir. Ermənistanın gələcəyinin necə olacağı isə ölkə daxili hadisələrin inkişafından asılıdır. Hələ ki, daxili vəziyyət gərgindir. Artıq prezident , hətta paytaxt meri seçilməsinə baxmayaraq müxalifət təmsilçiləri Sərkisyan və tərəfdarları əleyhinə mübarizələrini davam etdirirlər. İyun ayında növbəti böyük mitinq təşkil edilib ki, həmin mitinqdə minlərlə hökumət əleyhdarlarının iştirakı gözlənilir. Rusiya isə bütün bunlara biganə yanaşır. Bir sözlə desək, Ermənistanın təhlükəsizliyinin o qədər də təminat yoxdur.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti