Putinin maşınları – FOTOLAR

Putinin maşınları – FOTOLAR
  14 May 2013    Oxunub:12723
Rusiya prezidenti Vladimir Putin ötən qış Dmitrivski avto parkında “KamAz”ı idarə etməklə sürdüyü avtomobillərin sayını bir qədər də genişləndirdi. Putin kamazı professional səviyyədə, saatda 80 km sürətlə idarə edirdi.
Putinin avtomabil sevgisi hələ gənc yaşlarından başlayıb. Belə ki, onun valideyinləri 1972-ci ildə lotareya vasitəsi ilə “Zaparojes” avtomobili udublar. Bu, gənc Putinin ilk avtomobili olub. Amma balaca Volodiya hələ uşaq yaşlarından bahalı “Volqa”ya sahib olmağı arzulayıb hər zaman.
Putin arzusuna çataraq bu avtomobili alıb və onun vasitəsilə Soçidə tunelin açlışında iştirak edib. O, bu avtomobili ilə hətta ABŞ-ın eks-prezidenti Corc Buşu da gəzdirmişdi.
1956-ci il buraxılış olan bu avtomobil fil sümüyü rəngindədir. Avtomobildə xrom disklər, dəri salon da mövcuddur. Avtomat ötürücü qurğusuna malik olan bu avtomobil cəmi 120 km məsafə qət edib.

Putinin prezident qarajında hazırda 3 avtomobil mövcuddur: “Mercedes-Benz S 600, “Guard Pullman”, “Volkswagen Caravelle” və ““Mercedes F 600 Hygenius”.

Putinin hazırkı “Mercedes Pullman” avtomobilinin uzunluğu 6.2 metrdir. Çəkisi 3 ton olan bu zirehli maşının mühərrikinin həcmi 6000 kub santimetrdir. Avtomobildə çoxlu sayda videokameralar quraşdırılıb. Avtomobilin bütün detalları zirehlidir, bu da istənilən silahlı hücumdan sonra hərəkət edib hadisə yerindən uzaqlaşmağa kömək edir.

Prezidentin digər avtomobili olan “Mercedes Sprinter” mikroavtobusunun isə dünyada analoqu yoxdur. Bu avtomobil kənardan digər maşınlardan seçilməsə də, içərisi tam fərqlidir. Putin bu sürətli maşınla uzaq səfərlərə getməklə yanaşı, orada iclas keçirdiyi vaxtlar da olub. Bu maşın 8 nəfər tutur, içərisində mini bar, qəzet və kitablar üçün dolablar, soyuducu, monitor mövcuddur.

Vladimir Putun “Mersedes” avtomobillərini çox sevir. Buna görə Prezident Adminstrasiyası Putinə dünyada hələ ki yeganə buraxılış olan “Mercedes F 600 Hygenius” avtomobili alıb. Qiyməti 1 milyon ABŞ dolları olan bu avtomobil hibrid mühərrikə və yanacaqsız da işləmək qabiliyyətinə malikdir. Bu avtomobil modelləri 2010-cu ildən buraxılr. Avtomobilin kuzov hissəsi kapsul formasındadır və istənilən növ partlayış zamanı deformasiyaya uğramır.
Avtomobilin əsas xüsusiyyətlərindən biri isə onun elastik olmasıdır. Belə ki, avtomobil hər hansısa toqquşma zamanı deformasiyaya uğrayıb, sonra öz əvvəlki formasına qayıda bilir, sərnişinlər isə bu halda heç bir xəsarət almır.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti