Nazir oğlu Anar Məmmədov tarzən imiş... - ÖZƏL

Nazir oğlu Anar Məmmədov tarzən imiş... - ÖZƏL
  14 Yanvar 2015    Oxunub:32448
“Anar Məmmədovla 20 ildir dostuq... O tarda gözəl ifa edir.”

“Fevral ayında yeni albomum işıq üzü görəcək. Dostum Anar Məmmədov da mənə 4 yeni mahnı verib. Həmin mahnılar yeni albomda yer alacaq”.

Bunu AzVision.az-a açıqlamasında Azərbaycanın Əməkdar artisti, tanınmış müğənni Abbas Bağırov deyib.

Müğənni iş adamı Anar Məmmədovun ona verdiyi mahnıların adını da açıqlayıb:

“Mahnılardan biri “Geri dön”, digəri isə “Azərbaycan” adlanır. Digər iki mahnının adı isə hələ ki, müəyyən edilməyib. Anar müəllim hansı adı məsləhət görəcəksə mahnıların adları da elə olacaq”.

Daha sonra A.Bağırov Anar Məmmədovun musiqi təhsilindən danışıb. Bildirib ki, indiyədək mətbuatda açıqlanmasa da iş adamı Anar Məmmədov Bülbül adına musiqi məktəbində, Bakı Musiqi Akademiyasında təhsil alıb.

“Anar müəllim bəzi mahnıların musiqlərini, bəzilərinin isə sözlərini bəstələyir. O, Bülbül adına musiqi məktəbində, Bakı Musiqi Akademiyasında təhsil alıb. Onun tar və fortopiano üzrə musiqi təhsili var. Tarda çox gözəl ifa edir. Çox adamlar Anar müəllimin musiqi təhsilinin olduğunu bilmirlər. Amma o, həm iş adamıdır, həm də musiqi bəstələyir”.

Sonda Abbas Bağırov Anar Məmmədovla dostluq münasibətlərindən də danışıb:

“Anar Məmmədovla biz artıq 20 ildir dostuq. Anar müəllim mənim dostum olduğu üçün demirəm, o mahnılarını mənə həvalə edir. Əlbəttə ki, başqa müğənnilər də, kimin ürəyi istəyər onun mahnılarını da oxuya bilər. Anar məüllim mənə məsləhət görür ki, onun mahnılarını oxuyum. Ona görə də hər dəfə Anar müəllimin mahnılarını oxuyuram. Anar müəllim dost və insan kimi çox yaxşıdır. Çox səmimi bir insandır. Tək mən onun dostu deyiləm. Anar müəllimin ətrafında çoxlu yaxın dostları var. O, hər zaman ailəcanlı və alicənabdır. O, çox dəyərli və xeyirxah bir insandır”.

Hafiz Əhmədov



Teqlər:  





Xəbər lenti