Partlayışla bağlı rəsmi məlumat

Partlayışla bağlı rəsmi məlumat
  07 Yanvar 2015    Oxunub:1635
Daxili İşlər Nazirliyi Xırdalanda dünən baş verən partlayışla bağlı məlumat yayıb.
DİN-dən verilən məlumata görə, hadisə yanvarın 6-da saat 12 radələrində olub.

Xırdalan şəhərinində yerləşən DSB istehsalat fabrikinin qazanxanasındakı qazan partlayıb. İkin məlumatlara əsasən buxarın normadan artıq yığılması ilə partlayışa səbəb olub. Nəticədə orada işləyən Xırdalan şəhər sakinləri Aydın Fətullayev və Miraslan Ağayev hadisə yerində ölüb, Hicran Babayev, Tahir Ağabalayev və Mirzə Ağabalayev xəstəxanaya yerləşdiriliblər.

Araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti