“Daewoo Lanos” piyadanı vurdu - FOTO

“Daewoo Lanos” piyadanı vurdu - FOTO
  07 Yanvar 2015    Oxunub:1464
Bakıda piyadanın vurulması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az oxu.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 5-də, Atəşgah dairəsinin (Komsomol dairəsi kimi tanınan ərazi – red.) yaxınlığında baş verib.

Belə ki, “Daewoo Lanos” markalı avtomobil yolu keçməkdə olan, şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş 25-35 yaşlı kişini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Qəzada diqqəti çəkən digər bir məqam isə hadisənin piyadalar üçün nəzərdə tutulmuş keçidin düz altında baş verməsidir. Belə ki, icazə verilən maksimal hərəkət sürətinin 120 km/s olduğu həmin ərazidə müasir piyada keçidi inşa olunsa da, piyada yolu “dədə-baba” qaydası ilə keçmək istəyib. Bu istəyin nə ilə nəticələndiyi isə artıq hər kəsə məlumdur.


Teqlər:





Xəbər lenti