Sabah bəzi rayonlar qazsız qalacaq

Sabah bəzi rayonlar qazsız qalacaq
  07 Yanvar 2015    Oxunub:1529
Yanvarın 7-də saat 10-dan 18-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Yaşma” qazpaylama stansiyasında, eləcə də bir neçə ölçü qovşağında, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Hacıqabul-1” və “Kürdmaşı”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Kövər”, Astara magistral qaz kəmərləri sahəsinin “Lerik” və “Yardımlı” qazpaylama stansiyalarında, həmçinin qaztənzimləmə məntəqələrində təmir işləri aparılacaq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, təmir müddətində Xızı rayonunun Yaşma və Giləzi, Hacıqabul rayonunun Hacıhətəmli, Kürdmaşı, Aşıq Bayram və Qarakollu, Yevlax rayonunun Kövər-1, Malbinəsi, Qoyunbinəsi, Kolanı, Hacımahmudlu və Quzanlı kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Lerik və Yardımlı rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.

AzVision.az


Teqlər:





Xəbər lenti