Samsung ciddi ziyanda: `Galaxy`-lər satılmır

Samsung ciddi ziyanda: `Galaxy`-lər satılmır
  05 Yanvar 2015    Oxunub:2597
2014-cü il Samsung şirkəti üçün həddindən artıq ağır olub. Samsung böyük mağazalarından bəzilərini bağlayır. `Galaxy S5` modeli istənilən qədər satılmadı. Bu smartfonların satışı 12 milyonu keçməyib. Bu isə Samsung-un gözləntilərinin heç 40%-ni təşkil etmir.

Hətta S4 modeli 16 milyondan çox satılmışdı. Bu səbəbdən Samsung mobil qurğularla bağlı idarəçilərin bəzilərini işdən çıxardı.

Təkcə Çində il ərzində bazarda Samsung smartfonlarının payı 2 dəfə azalıb. Bu isə Samsung şirkəti üçün böyük itkidir. Çünki Çin böyük bazardır. Samsungun əsas rəqibləri Xiaomi, Huawei, Lenovo kimi təzə şirkətlər və onun köhnə rəqibi Apple hesab edilir.

Samsung-a qarşı ən çox narazılıq onun smartfonlarının dizaynın pis olması, interfeysin göz oxşamaması və bütün bunların fonunda qiymətinin həddindən artıq yüksək olmasıdır. Çində açılan təzə Xiaomi, Huawei kimi şirkətlər dizayn, göstəricilər cəhətdən daha yaxşı məhsullar verir. Özü də Samsung modellərindən demək olar ki, 2 dəfə ucuz qiymətə.

2014-cü ilin təkcə 3-cü kvartalında şirkətin gəlirləri 60% azalıb. Bu səbəbdən 2015-ci ildə smartfon modellerini 30% azaltmağı planlaşdırır. Apple şirkətinin smartfonları baha olsa da, Çin bazarında 2014-cü ilin sonunda daha çox satılmağa başlayıb.

odin.az


Teqlər:





Xəbər lenti