1 kq marixuana 3 minə - BAKIDA

1 kq marixuana 3 minə - BAKIDA
  05 Yanvar 2015    Oxunub:1890
Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini cari ildə də uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri ilə narkotik vasitələrin külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olan Abşeron rayon sakini Mirzə Mənafov yaxalanıb.

Daxil olmuş əməliyyat məlumatı əsasında ona məxsus "Mersedes" markalı avtomobilə baxış zamanı ümumi çəkisi 6 kiloqram narkotik vasitə, o cümlədən 1 kiloqram heroin, 3 kiloqram tiryək və 2 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat tədbiri nəticəsində isə Salyan şəhər sakinləri Abış Ələkbərov və Şöhrət Ağayev paytaxtın Qaradağ rayonu ərazisində 1 kiloqram qurudulmuş marixuananı 3000 manata satarkən saxlanılıblar.

Hər iki faktla bağlı Baş İdarənin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Teqlər:  





Xəbər lenti