“Bibimin Kafesi”dəki yanğınla bağlı DİN-dən AÇIQLAMA

“Bibimin Kafesi”dəki yanğınla bağlı DİN-dən AÇIQLAMA
  05 Yanvar 2015    Oxunub:1640
Ötən gün Bakı şəhəri Nizami rayonunda yerləşən “Bibimin Kafesi”ndə yanğın olub.
AzVision.az xəbər verir ki, Daxili İşlər Nazirliyi yanğınla bağlı açıqlama yayıb.

Nazirlikdən bildirilib ki, yanvarın 3-də saat 09 radələrində paytaxtın Nizami rayonu Naxçıvanski küçəsində Bakı şəhər sakini İlqar Əliyevə məxsus kafedə yanğın baş verib. Nəticədə 20 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanıq xəsarəti alıb İ.Əliyevə və orada işləyən Sevda Əhmədovaya xəstəxanada ilkin tibbi yardım göstərilib.


Teqlər:





Xəbər lenti