İlk iş gününün hava proqnozu

İlk iş gününün hava proqnozu
  05 Yanvar 2015    Oxunub:1786
Azərbaycan ərazisində mülayim hava şəraiti Yeni ilin ilk iş günündə də davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gecə arabir güclənəcək. Gündüz isə cənub-qərb küləyi əsəcək, gücləcənək.

Havanın temperaturu gecə 1-4 , gündüz 7-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Aran rayonlaında havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti