Bakıda sərnişin London taksisinin sürücüsünü döydü

Bakıda sərnişin London taksisinin sürücüsünü döydü
  05 Yanvar 2015    Oxunub:2056
Bakıda xuliqanlıqla üzləşmiş taksi sürücüsü polisə müraciət edib.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, “London TX4” markalı avtomobillə taksi fəaliyyəti göstərən, Ağsu rayon sakini, 1957-ci il təvəllüdlü Cəbrayılov Elman Həsən oğlu bildirib ki, tanımadığı şəxs ona xəsarət yetirib.

Şikayətçinin sözlərinə görə, gecə saatlarında Nigar Rəfibəyli küçəsində sərnişinlə mübahisəsi düşüb. Bu zaman həmin şəxs sürücünün sifət nahiyəsinə zərbələr endirərək uzaqlaşıb.

İlkin araşdırmalardan sonra taksi sürücüsünə qarşı xuliqanlıq etmiş şəxsin paytaxt sakini, 1987-ci il təvəllüdlü Məmmədov Kamal Eldar oğlu olması müəyyən edilib.

Araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti