Bakı-Şamaxı yolunda faciə: 6 nəfər öldü (FOTO)

Bakı-Şamaxı yolunda faciə: 6 nəfər öldü (FOTO)
  04 Yanvar 2015    Oxunub:2092
Bakı-Şamaxı yolunda qəza baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a verilən məlumata görə, yolun 105-ci kilomertliyində, Şamaxı rayonunun ərazisində “HOVA” markalı yük avtomobilinin 1990-cı il təvəllüdlü Əliyev Elmil Elşən oğluna məxsus “Mercedes” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Nəticədə hər iki avtomobilin sürücüləri və 4 nəfər sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər cəsədləri deformasiyaya uğramış avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 16:34-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti