Bakıda 22 yaşlı qızı necə aldatdılar?

Bakıda 22 yaşlı qızı necə aldatdılar?
  04 Yanvar 2015    Oxunub:2872
Bakıda gənc qızı aldadaraq pulunu alıblar.
AzVision.az-ın məlumatına görə, hadisə Azərbaycan prospektində, Nizami parkının ərazisində baş verib. Naməlum şəxs (30-35 yaşlı kişi) Qax rayon sakini, 1992-ci il təvəllüdlü Mustafayeva Xanım Yaşar qızını yaxınlaşıb və onun falına baxa biləcəyini deyib. Tərəflər 30 manata fala baxmağa razılaşıblar. Lakin pulu alan şəxs vədinə əməl etməyib və fal açmayıb. O, qaçaraq ərazidən uzaqlaşıb.

9-cu Polis Bölməsinə müraciət edən 22 yaşlı qız onu aldadan şəxsin tutularaq cəzalandırılmasını və pulunun qaytarılmasını xahiş edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti