Məktəbdən oğurluq edənlər həbs edilib

Məktəbdən oğurluq edənlər həbs edilib
  04 Yanvar 2015    Oxunub:1515
Yanvarın 1-də Ağdaş rayon Kükəl kənd Tam Orta Məktəbin inzibati binasından kompyuter avadanlıqları oğurlamış kənd sakini T.Şavəddinov saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Kükəl kənd Tam Orta Məktəbin inzibati binasından pəncərədən girmək yolu ilə 400 manat dəyərində kompyuter avadanlıqları (2 ədəd monitor, 2 ədəd klaviatura və 1 ədəd sistem bloku) oğurlamış kənd sakini Toğrul Şavəddinov saxlanılıb.


Teqlər:





Xəbər lenti