Cəlilabadda ağır qəza - 3 ölü + FOTO

Cəlilabadda ağır qəza - 3 ölü + FOTO
  04 Yanvar 2015    Oxunub:1875
Bu gün səhər saat 09:00 radələrində Bakı-Astara magistral yolunun 117 km-də ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib.
AzVison.az xəbər verir ki, hadisə Cəlilabad rayonunun ərazisində qeydə alınıb.

Bakıdan Astara istiqamətində hətəkət edən 99-FX-255 dövlət nömrə nişanlı Mersedes markalı avtomobil yüksək sürətlə yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobil iki hissəyə parçalanıb. Hadisə yerinə Cəlilabad və Biləsuvar rayonlarından Təcili Tibbi Yardım maşınları köməyə gəlsə də, yaralıların həyatını xilas etmək mümkün olmayıb. Hadisə nəticəsində sürücü və iki azyaşlı sərnişin dünyasını dəyişib. Sərnişinlərdən birinin vəziyyəti isə orta ağırdır.

Faktla bağlı Cəlilabad rayon Polis şöbəsində araşdırmalar aparılır. (islamazeri.az)


Teqlər:





Xəbər lenti