Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
  04 Yanvar 2015    Oxunub:1389
Azərbaycanda istirahət günləri mülayim hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək.

Mülayim cənub küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacaq. Dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti