“Mançester”in yeni məşqçisi bəlli oldu

“Mançester”in yeni məşqçisi bəlli oldu
  09 May 2013    Oxunub:1467
Ser Aleks Fergüson bu mövsümün sonu komandadan ayrılacağını bildirdiyi üçün kluba yeni məşqçi seçilib.
“Mançester Yunayted” klubun rəhbərliyi bu mövsümün sonunda karyerasını başa vuracaq Ser Aleks Fergüsonun yerinə gətirəcəyi baş məşqçini müəyyənləşdirib.

AzVision.az "BBC"yə istinadən xəbər verir ki, klubun məşqçisi hazırda “Everton” klubunun baş məqçisi olan David Moyes olacaq. “Mançester Yunayted” rəhbərliyinin şotlandiyalı mütəxəssislə razılaşdığı qeyd olunur.

Xatırladaq ki, namizədlər arasında Joze Mourinyo, Rafael Benitez, Roberto Martinez və Michael Laudrup kimi tanınmış məşqçilər olub.

Anar



Teqlər:  





Xəbər lenti