Bekhem :“O mənim üçün ata idi”
“Ser Aleks Fergüson-a əlaqədar xəbərləri gördüm. Daha əvvəl də dəfələrlə dediyim kimi baş məşqçi yalnız ən yaxşı menecer deyil. Həmdə o 11 yaşımdan komandadan ayrıldığım günə qədər mənim üçün ideal ata obrazı idi. O olmadan karyeram ərzində böyük uğurlara imza atmazdım. Ser ölkə üçün oynamağımın əhəmiyyətli olduğunu anlayırdı və bunun mənim üçün nə qədər əhəmiyyətli olduğunu bilirdi. Vaxtilə ən yaxşı baş məşqçi ilə çalışdığımdan qürur duyuram. Təşəkkürlər Ser, bundan sonrasının kefini çıxar”-deyə oyunçu fikirlərini tamamlayıb.
Xatırladaq ki, “Mançester Yunayted”ə 1993-2003 forma geyinən Bekhem, daha sonra Real Madrid klubuna transfer olmuşdu. Hazırda isə “Pari-Sen-Jermen” (PSG) klubunun futbolçusudur.
AzVision.az