Aeroport qazonlarını keçilər təmizləyəcək

  09 May 2013    Oxunub : 468
Aeroport qazonlarını keçilər təmizləyəcək
ABŞ-ın Çikaqo şəhərinin beynəlxalq aeroportu qazonları təmizləmək üçün keçi və qoyunlardan istifadə edəcək.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Çikaqonun Aviasiya Departamenti bildirib ki, O`Hare beynəlxalq aeroportu qazonları təmizləmək üçün 25 keçi alacaq və çobandan istifadə edəcək.

Aviasiya Departamentinin məlumatına görə, qazonların təmizlənməsinə heyvanların cəlb edilməsi ekologiyanı təmiz saxlamağa kömək edəcək. Beləki, qazonları təmiz saxlamaq üçün toksik maddələrdən istifadə edilməyəcək. Eyni zamanda, qazonları təmizləyən aparatlara çəkilən xərclərə qənaət ediləcək.

AzVision.az

Teqlər: