Bakıda yeni kitab layihəsi

Bakıda yeni kitab layihəsi
  08 May 2013    Oxunub:1828
"Məqsədimiz də o oldu ki, Azərbaycan gəncləri daha çox kitab oxusunlar".
Lahiyənin rəhbərlərindən olan Kamran Su AzVision.az-a açıqlamasında bildirib ki, artıq kitab sevərlər internet üzərindən oxumaq istədikləri bir çox kitabları ucuz qiymətə alıb oxuya biləcəklər: "Bunun üçün biz "Bookowski"ni yaratdıq. Məqsədimiz də o oldu ki, Azərbaycan gəncləri daha çox kitab oxusunlar.

Xüsusilə də gənclərin zövqləri və baxış aşıları bir qədər fərqli olduğuna görə onların oxumaq istədikləri kitabları tapmaq bir qədər çətin başa gəlir. Amma "Bookowski" kitab kulubunda belə bir çətinliklə qarşılaşmayacaqlar".

Lahiyə rəhbəri qeyd edib ki, "Bookowski" kitab evi sizə Türkiyədən daha ucuz qiymətə kitabların gətirilməsində yardımçı olacaq: "Eyni zamanda Azərbaycan nəşriyyatlarındakı kitabları və ikinci əl kitabları ucuz qiymətə oxuculara təqdim edəcəyik. Hazırda mağazanın açılışıyla məşğuluq, amma kitab sevərlər internet uzərindən bizlə əlaqə saxlayıb istədikləri kitabı ala bilərlər.

https://www.facebook.com/pages/Bookowski/454710137949667


Teqlər:  





Xəbər lenti