Niyə Ayda su yoxdur? – ELMİ CAVAB

Niyə Ayda su yoxdur? – ELMİ CAVAB
  08 May 2013    Oxunub:3933
Bundan təxminən 4.5 milyard il əvvəl təxminən Mars böyüklüyündə bir planetin Yerlə toqquşması nəticəsində meydana gəldiyi düşünülən Ay, Dünyaya indi olduğundan 17 qat daha yaxın, yalnız 22.500 km uzaqlığımızda yerləşirdi.
Səthinin bir qisimi hələ də lavalarla örtülü olan peykimiz, yaxınlığı səbəbiylə səmada çox böyük bir sahəni örtür, gecələri planetimizi az qala gündüz kimi işıqlandırırdı. O günlərdə dünyanın indikindən çox daha sürətli döndüyünü, bir dünya gününün yalnız 5 saat olduğunu düşünsək, Ayın da işığı nəticəsində heç gecə olmurdu demək səhv olmaz.

O dövrdə Dünyamız da eynilə yeni yaranan Ay kimi lavalarla örtülü idi və isti, zəhərli qazlardan ibarət olan bir atmosferə sahib idi. Maye halda suyun az qala heç olmadığı bu qaynayan planetin səthi, zamanla yeni peyki ilə birlikdə soyuyacaqdı və kometa yağışlarıyla bu gün sahib olduğu suya qovuşacaqdı.

Quyruqlu ulduz və meteorit yağışları əsnasında, əlbəttə, Ay da bol miqdarda suya qovuşmuşdu. Ancaq aşağı kütləsi səbəbilə nə atmosferini qoruya bildi, nə də səthindəki suyu. Bu gün heç Günəş işığı almayan dərin krater diblərindəki buz təbəqələri xaricində, sahib olduğu bütün su buxarlanaraq kosmosa uçdu.

Aradan keçən milyardlarla ildən sonra, Dünya ilə aralarındakı qravitasya döyüşü nəticəsində Ay bu gün olduğu 380 min km uzaqlığa qədər gerilədi və uzaqlaşmağa da davam edir. Hər il bizdən təxminən 3.8 sm uzaqlaşan peykimiz, uzaqlaşma sürətinin gələcəkdə yavaşca artacağını da nəzərə alsaq, 3 milyard il sonra bizdən bu gün olduğundan iki dəfə uzaqda olacaq.

“Fikir Fabriki”


Teqlər:





Xəbər lenti