Ağsaqqalların qurultayı başladı

Ağsaqqalların qurultayı başladı
  16 Fevral 2013    Oxunub:2324
Azərbaycan Ağsaqqallar Şurasının VI qurultayı başlayıb.
Qurultayda dövlət himni səslənib, Heydər Əliyevin və müstəqillik uğrunda şəhid olanların ruhu yad edilib. Sonra Şuranın sədr müavini, Milli Məclisin deputatı Fəttah Heydərov tədbir barədə məlumat verib, 186 qurultay iştirakçısından 179-nun ali toplantıya qatıldığını deyib.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı təbrik məktubunu isə Prezident Administrasiyanın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov oxuyub.

Məktubda Ağsaqqallar Şurasının önəmi, dövlətçiliyin inkişafındakı roluna diqqət çəkilərək, qurumun bundan sonra daha uğurlu fəaliyyət göstərəcəyinə əminlik ifadə olunub. Qurultay işini gündəliyə uyğun şəkildə davam etdirir.


Teqlər:





Xəbər lenti