Azərbaycanlı müğənni ana olmaq üçün siqareti tərgitdi

Azərbaycanlı müğənni ana olmaq üçün siqareti tərgitdi
  26 Noyabr 2014    Oxunub:2222
Müğənni Emma Ələkbərzadə “İncə+” verilişində maraqlı açıqlamalar verib.
AzVision.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi ana olmaq üçün siqareti tərgitdiyini deyib:

“İçki qəbul etmirəm. Bir vaxtlar içmişəm. Amma alkoqol asılılığında olmamışam. Hərdən bir badə şərab içmişəm. 2008-ci ildən pəhrizdəyəm. Artıq içkinin iyi belə mənə təsir edir. Siqaret də çəkirdim. 4 aydır tərgitmişəm”.

E.Ələkbərzadə aparıcının “Ana olmaq lazımdır, pis vərdişlərdən uzaq durun” sözlərinə belə cavab verib: “Səbr edirəm, dözürəm. Allah kömək olur. İnşallah, ana da olacağam”.


Teqlər:





Xəbər lenti