86 yaşlı futbolçu 36 yaşlı azarkeşi ilə evlənəcək

  06 May 2013    Oxunub : 435
86 yaşlı futbolçu 36 yaşlı azarkeşi ilə evlənəcək
Argentinanın 86 yaşlı əfsanəvi futbolçusu Alfredo Di Stefano özündən 50 yaş kiçik qadınla evlənəcəyini bildirib.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, argentinalı futbolçu Alfredo Di Stefano 36 yaşlı Cina Qonzaleslə evlənəcək. 2005-ci ildə arvadını itirən Di Stefanonun sözlərinə görə, onun altı övladı bu xəbərə görə sevinməyə bilər.

“Mən aşiq olmuşam. 86 yaşımın olmasına baxmayaraq, qəlbim hələ gəncdir” – keçmiş futbolçu əlavə edib.

Leyla Cavadova
AzVision.az

Teqlər: