Necati Şaşmaz üzünü gizlətdi

Necati Şaşmaz üzünü gizlətdi
  04 Noyabr 2014    Oxunub:1736
Bir neçə gün öncə `Kurtlar Vadisi` serialının çəkilişi zamanı yol qəzasına düşən məşhur aktyor Necati Şaşmaz xəstəxanadan evə buraxılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor xəstəxanadan çıxarkən üzünü gizlətmək üçün maska taxıb.

Qeyd edək ki, N.Şaşmaz `Kurtlar Vadisi`nin 236-ci seriyasının çəkilişi zamanı maşının idarəetməsini itirib və maşın divara çırpılır.

Avtomobil qəzasına düşən, “Kurtlar Vadisi”nin Polat Alemdarı Necati Şaşmaz serialdan uzaqlaşıb. Çənə sümüyü sınan Şaşmaz 6 həftə müddətində müalicə olunacaq və serial çəkilişlərində iştirak etməyəcək. Ssenariyə görə, Alemdar xaricə göndəriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti