Millimiz Qətərlə yoldaşlıq oyunu keçirəcək

Millimiz Qətərlə yoldaşlıq oyunu keçirəcək
  03 May 2013    Oxunub:1635
Milli komandamızın Qətərlə oynayacağı yoldaşlıq oyununun stadionu və başlanma vaxtı məlum olub
Bu barədə AzVision.az-a AFFA-dan məlumat veriblər. Bildiriblər ki, mayın 29-da Doha şəhərində Azərbaycan və Qətər milli komandası arasında yoldaşlıq oyunu keçiriləcək. Artıq qarşılaşmanın keçiriləcəyi stadion və oyunun başlanma vaxtı müəyyənləşib.

Qətər - Azərbaycan oyunu Al-Sadd klubunun stadionunda keçiriləcək və yerli vaxtla saat 19:15-də (Bakı vaxtı ilə saat 21:15) başlayacaq.


Teqlər:  





Xəbər lenti