Cüdo üzrə beynəlxalq turnir keçiriləcək

Cüdo üzrə beynəlxalq turnir keçiriləcək
  02 May 2013    Oxunub:1407
Mayın 4-də Bakıda Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş cüdo üzrə beynəlxalq «Grand Slam» turniri start götürəcək. AzVision.az-ın xəbər verir ki, iki gün davam edəcək yarışda 25 ölkədən 190-dan çox cüdoçu mübarizə aparacaq.

Turnirin açılışında Azərbaycan Respublkiası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərov və Federasiyanın digər rəhbər şəxsləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Avropa Cüdo Federasiyasının prezidenti Sergey Soloveyçik və b. iştirak edəcək.


Teqlər:  





Xəbər lenti