Hakan Şükür Heydər Əliyevin qəbrini ziyarət etdi

Hakan Şükür Heydər Əliyevin qəbrini ziyarət etdi
  01 May 2013    Oxunub:1562
Türkiyə futbolunun canlı əfsanəsi Hakan Şükür Bakıya səfər edib.
AzVision.az xəbər verir ki, səfər zamanı H.Şükür ilk olaraq mərhum prezident Heydər Əliyevin qəbrini ziyarət edib. Twitterdə şəkil paylaşan futbolçu bildirib ki, səfərimiz çərçivəsində ilk olaraq Heydər Əliyevin məzarını ziyarət etdik və dualar oxuduq



Ziyarətə fotbolçu AFFA-nın baş katibi Elxan Məmmədov, Türkiyənin Milli Komandasının Texniki direktoru Abdullah Avcı ilə birgə gedib.

Həmçinin Hakan Şükür “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədovla da görüşüb.



Qeyd edək ki, “Qalatasaray”ın sabiq hücumçusu bu axşam “Bayıl Arena”da azərbaycanlı veteranlarla yoldaşlıq görüşündə meydana çıxacaq.


Teqlər:  





Xəbər lenti