“Vaşinqtonun Suriya strategiyası yoxdur”

“Vaşinqtonun Suriya strategiyası yoxdur”
  01 May 2013    Oxunub:1945
ABŞ-ın keçmiş dövlət müşaviri, ölkənin xarici siyasət ideoloqlarından olan Zbiqnev Bjezinski Almaniyanın «Der Spigel» nəşrinə müsahibəsində bildirib ki, hazırkı dövrdə Birləşmiş Ştatlar Suriyadakı vəziyyətlə bağlı çox şey edə bilər. Ancaq Suriyada baş verənlər Vaşinqtonun lap öncədən bu ölkə ilə bağlı strategiyasının olmamasından irəli gəlir.

«Yeganə düzgün strategiya zamanında hərbi müdaxilə təşkil etmək olardı»,- deyən diplomatın fikrincə, ABŞ prezidentinin sanki məktəb direktoru kimi çıxış edərək Suriya prezidenti Bəşər Əsəddən istefaya getmək xahişinin nəticə verməyəcəyi bəlliydi.

Ağ Ev administrasiyasının Suriya məsələsilə bağlı necə deyərlər, «b» planının olmaması vəziyyəti Amerikanın xeyrinə etməyib. Diplomat bildirib ki, əgər Əsədin ölkəsində kimyəvi silahdan yararlanmasına dair informasiyalar təsdiqini tapsa belə, ABŞ Çin və Rusiya ilə birlikdə, həmçinin beynəlxalq ictimaiyyətin köməyilə Suriyada ədalətli seçkilərin keçirilməsi üçün müşahidəçilik aparacaq.

Rusiya prezidenti Vladimir Putinin Bəşər Əsədi dəstəkləməkdən uzaq durmağa məcbur edilməsinin mümkün olub-olmadığına dair sualı cavablandıran Bjezinski vurğulayıb ki, ABŞ Suriya məsələsində təkcə Kremllə baş-başa deyil. Burada heç də əhəmiyyətsiz sayılmayacaq İran amili var. Nisbətən arxa planda Çinin maraqları görünür. Pekin Yaxın Şərqdə özü ilə bağlı enerji daşıyıcılarının nəqlində hansısa şübhələrin yaranmasına razı olmaz.

Suriyanın daxili işlərinə qarışmaq məsələsinə gəlincə, eks dövlət müşaviri bildirib ki, hazırda ölkədə əsl özbaşınalıq hökm sürür. Buna görə də düzgün seçim etmək çox çətindir. Düşünülməmiş müdaxilə isə axmaqlıq olardı: «Digər tərəfdən, biz bunu etsək, heç kəs tərəfimizi saxlamaz».

168.az


Teqlər:





Xəbər lenti