17 yaşlı qız Nobel aldı

17 yaşlı qız Nobel aldı
  10 Oktyabr 2014    Oxunub:3425
Nobel Sülh mükafatının builki qalibi 17 yaşlı Malala Yusifzayi olub.
AzVision.az xəbər verir ki, uşaq hüquqları müdafiəçisi, pakistanlı Malala ilə yanaşı onun həmkarı, hindistanlı fəal Kaylaş Satyarthi də bu mükafata layiq görülüb.

Bununla da 17 yaşlı Malala İsveç Krallığı Elmlər Akademiyasının bu mükafatına layiq görülən ən gənc qalib oldu. Ən yaşlı Nobel Sülh Mükafatı laureatı isə 1995-ci ildə buna layiq görülmüş Yozef Rotblatdır.

Ümumilikdə isə 2014-cü ildə Nobel Sülh Mükafatına 278 insan və təşkilat namizəd göstərilmişdi. Bu da indiyə qədər qeydə alınan ən çox namizəddir.

Pakistanda qızların təhsil alması üçün çalışan Malala 2013-cü il oktyabrın 9-da Taliban terror təşkilatı üzvlərinin hücumuna məruz qalmışdı.

Hindistanda uşaq əməyindən istifadəyə qarşı 90-cı illərdən bəri mübarizə aparan Kaylaş həm də uşaqların təhsil alması üçün çalışır. O, bu günə qədər 80 mindən çox uşağa azadlıq verilməsinə nail olub.

Məlumat üçün bildirək ki, 1901-ci ildən 2013-cü ilə qədər cəmi 100 nəfərə və 25 təşkilata Nobel Sülh Mükafatı verilib. Həmin 100 nəfərdən 15- i qadın olub.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti