“Real” qalib gəlsə də, “Borussiya” növbəti mərhələyə çıxdı

“Real”  qalib gəlsə də, “Borussiya” növbəti mərhələyə çıxdı
  01 May 2013    Oxunub:1803
Çempionlar Liqasının ilk finalçısı məlum olub.
AzVİsion.az-ın məlumatına görə, ilk oyun günündə Madridin “Real” klubu Dortmund “Borussiya”sını qəbul edib. Bu komandalar arasında ilk görüş Almaniya təmsilçisi “Borussiya”nın 4:1 hesablı qələbəsi ilə başa çatmışdı. Ona görə də, finala çıxmaq şansı qonaqların tərəfində idi. Madridlilər isə finala çıxmaq üçün rəqib qapısına ən azı üç cavabsız top vurmalı idi. Lakin Mourinyonun komandasının iki top vurmağa gücü çatıb. Beləliklə "Borussiya" 0:2 hesabı ilə uduzmağına baxmayaraq, iki oyunun nəticəsinə görə finala çıxıb.

Çempionlar Liqası, yarımfinal, cavab oyunları

30 aprel

23:45. “Real” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) - 2:0
Qol: Benzema, 83 (1:0), Ramos, 88 (2:0)
İlk oyun (1:4)

1 may

23:45. “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya)
İlk oyun (0:4)


Teqlər:





Xəbər lenti