Atletiko-ya uduzduq

 Atletiko-ya uduzduq
  01 May 2013    Oxunub:1635
Tofiq Bəhramov adına Respublika Stadionunda “Bakı” klubu ilə Madridin “Atletiko” komandaları arasında yoldaşlıq oyunu keçirilib.
AzVision.az-ın məlumatına görə, aylardır gözlənilən möhtəşən yoldaşlıq oyunu ispanların qələbəsi ilə başa çatıb. Komandamız əzmli oyun nümayiş etdirsə də “Atletiko”ya 0:3 hesabı ilə məğlub oldu.

Qolları “Atletiko”nun heyətində Oliver Torres, 43 (0:1), Raul Qarsiya, 83 (0:2), 88 (0:3) dəqiqələrində komandamızı qapısından keçiriblər.

Matçda azərbaycanlı futbol sevərlərin sevimlisi türkiyəli ulduz Arda Turanın meydanda mübarizə aparmayıb.

Qeyd edək ki, Madrid klubunun öncə Azərbaycanın ulduz futbolçularından ibarət komandası ilə görüşü nəzərdə tutulmuşdi. Lakin milli komandanın baş məşqçisi Berti Foqts oyunun bu formatda keçirilməsinə əngəl olub. Bu səbəbdən bu gün “Atletiko”ya qarşı “Bakı” komandası mübarizə aparacaq.

Qalereya




Teqlər:  





Xəbər lenti