Azərbaycanın 6 futbol klubuna qadağa qoyuldu
Bununla əlaqədar olaraq Lisenziyalaşdırma Komissiyasında MOİK FK-nın və "Tərəqqi" FK-nın lisenziya almaqla bağlı ilkin müraciəti müzakirə olunmayıb.
Lisenziyalaşdırma Komissiyası müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
1. 2013-2014 UEFA klub yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün aşağıdaki klublara lisenziya verilsin:
AZAL PFK, "Bakı" FK, "Qarabağ" FK, "Qəbələ" İK, "İnter" PİK, "Neftci" PFK, "Xəzər Lənkəran" FK, "Simurq" PFK.
2. 2013-2014 Azərbaycan Premyer Liqa yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün aşağıdaki klublara lisenziya verilsin:
"Rəvan" FK, "Sumqayıt" FK.
3. Azərbaycan Futbol Premyer Liqasında iştirak etmək üçün klubların lisenziyalaşdırılması üzrə qaydalara uyğun olaraq "Kəpəz" PFK, "Turan" PFK, "Qaradağ-Lökbatan" FK, "Ağsu" FK, "Neftçala" FK, "Lokomotiv" FK-nın 2013-2014 Azərbaycan futbol Premyer Liqasında iştirak etməklə bağlı müraciətləri təmin olunmasın.
4. Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.